Maraqlı

Diyet və alkoqollu içkilər bir arada ola bilərmi?-Ekspert rəyi

31 may / 11:00 2 dəq
Elnur Nemətov
31 may / 11:00
Burada sizin reklamınız ola bilər
Diyetə başlamaq istəyən bir çox insanın ağlında bəzən sual yaranır:
“Diyet saxlayarkən içki içə bilərəmmi?”.
Bu barədə Qerbxeber.com -a danışan tanınmış nutrisolog Elnur Nemətov bildirdi ki, əgər məqsədimiz arıqlamaq, qaraciyəri təmizləmək, ona rahatlıq vermək və sağlam vücuda sahib olmaqdırsa, o zaman diyet müddətində alkoqollu içkilərdən bacardığınız qədər çəkinmək məsləhət görülür.
Niyə?
Çünki alkoqollu içkilər — xüsusilə şərab, pivə və kokteyllər — həm kalori baxımından zəngindir, həm də metabolizmi yavaşlada bilər. Bu isə arıqlama prosesinə mane ola bilər.
 Bəs bu proses nə cür baş verir?
 Ekspert qeyd etdi ki, içki iştahanı artıra bilir, eyni zamanda orqanizmin su balansını poza bilər.
Qaraciyərə əlavə yük olur və bədənin yağ yandırma prosesini ləngididir.
Çünki alkoqol qəbul edildikdə, orqanizm onu prioritet olaraq parçalamağa çalışır və bu zaman bədən bütün enerjisini alkoqolu zərərsizləşdirməyə yönəldir, yağların yandırılması isə ikinci plana keçir.
Yekun:
 Sağlam olmaq, sağlıqlı və sistemli arıqlamaq istəyirsizsə-Alkoqollu içkilərdən çəkinin..!
Paylaş
Burada sizin reklamınız ola bilər