İdman

Millimiz dünya çempionatının finalında

31 may / 08:57 1 dəq
Indir 2025 05 31t085709.660
31 may / 08:57
Burada sizin reklamınız ola bilər

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Qerbxeber.com xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.

Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub.

Dünya çempionatı
Yarımfinal
30 may

20:00. Azərbaycan – Monteneqro – 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 – Nikola Radoniç, 30

Paylaş
Burada sizin reklamınız ola bilər