Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Məhkəmədə Gəncəni bombalayan Ermənistan hərbçilərinin adları elan olunub

31 may / 08:44 3 dəq
Məhkəme
31 may / 08:44
Burada sizin reklamınız ola bilər

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.

Qerbxeber.com-un xəbərinə görə, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, “Elbrus” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, “İsgəndər” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı “Elbrus” taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib. 2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, “8Ф44” tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı