İsrail ABŞ-dan 90 tondan çox hərbi yük alıb
İsrail Qəzza zolağında apardığı hərbi əməliyyatlar çərçivəsində ABŞ-dan 90 tondan çox hərbi təyinatlı yük qəbul edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya əsasən, mayın 27-si səhər saatlarında ABŞ-dan hərbi avadanlıqla yüklənmiş 800-cü təyyarə İsrailə çatıb.




