Tovuzda minik avtomobili traktora çırpılıb
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qerbxeber.com-un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Vaz-2107” markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.
Qəza nəticəsində Tovuz rayonu Alakol kənd sakini 1961-ci il təvəllüdlü Süleyman Əhmədov xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı