Dünya

İran və ABŞ yeni danışıqlara hazırlaşır

24 may / 09:03 2 dəq
Indir 2025 05 23t163443.398
24 may / 09:03
Burada sizin reklamınız ola bilər

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə yeni danışıqlar raunduna hazırlıq gedir. Tərəflər növbəti bir-iki görüş ərzində müsbət nəticələrin əldə olunacağına ümid edirlər.

Qerbxeber.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər nazirinin müavini Abbas Araqçi ABŞ-la aparılan beşinci məsləhətləşmə raundunun yekunlarına dair çıxışında bildirib.

“Danışıqların davam etdirilməsi üçün tərəflər öz mövqelərini dəqiqləşdirmək və növbəti raundu təşkil etmək barədə razılığa gəliblər. Ümid edirəm ki, qarşıdakı bir və ya iki görüş ərzində razılaşdırılmış qərarlar qəbul olunacaq və bu da prosesi irəlilədəcək. Oman tərəfinin maneələri aradan qaldırmaq səyləri sayəsində irəliləyiş üçün real imkan yaranıb,” – deyə Araqçi İranın dövlət televiziyasında çıxışı zamanı deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər