Elm və Texnologiya

PUA Akademiyasının mütəxəssislərinin buraxılışı olub

23 may / 10:28 1 dəq
682f5239a058b682f5239a058c1747931705682f5239a0589682f5239a058a
23 may / 10:28
Burada sizin reklamınız ola bilər

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Pilotsuz Uçuş Aparatları Akademiyasında “Orbiter 3HC” pilotsuz uçuş aparatları sistemləri mütəxəsislərinin buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Qerbxeber.com-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

General-mayor Namiq Bayramov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.
Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər