Moskvaya PUA hücumu ilə bağlı bir sıra reyslər təxirə salınıb
Ukraynanın pilotsuz qurğularının (PUA) səhər saatlarından davam edən hücumu səbəbindən uçuş və enişlə bağlı məhdudiyyətlər səbəbindən Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb.
Qerbxeber.com xəbər verir ki, Domodedovoya – 71 reys, Şeremetyevoya – 72 reys, Vnukovoya – 19 reys gecikib.




