Dünya

Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi qismindədi

22 may / 09:54 1 dəq
F7f70191 e917 33d2 b795 1abce276622c 850
22 may / 09:54
Burada sizin reklamınız ola bilər

Avropa indi Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi rolunu oynayır.

Qerbxeber.com xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yle” nəşrinə müsahibəsində deyib.

“Daha çox vasitəçilər var: əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir. ABŞ bu münaqişədə vasitəçilik rolundan əl çəkməyib”, – o deyib.

Stubb danışıqlarda iştirak baxımından Avropa üçün vəziyyətin yaxşı olduğunu, döyüşlərin dayandırılması və gələcək sülh sazişi ilə bağlı müzakirələrə qoşulmaq istədiyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər