Dünya

Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edir

21 may / 09:05 1 dəq
Indir 2025 05 21t090430.669
21 may / 09:05
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul ediblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama verib.

“Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın yenidən qurulmasına kömək etmək istəyirik”, – Kallas bildirib.

O əlavə edib ki, Aİ son 14 il ərzində hər zaman suriyalıların yanında olub və bu dəstəyini davam etdirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər