Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rubio: ABŞ vasitəçi rolundan imtina etməyəcək

16 may / 09:01 2 dəq
Indir 2025 05 16t090057.024
16 may / 09:01
Burada sizin reklamınız ola bilər

ABŞ-nin administrasiyası Rusiya – Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini dayandırmayacaq, lakin səmərəsiz danışıqlarda iştirak etmək niyyətində deyil.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ondan soruşublar ki, aprel ayında Amerika hakimiyyəti tərəfindən elan edildiyi kimi, konkret irəliləyiş olmadığı təqdirdə Vaşinqton vasitəçi rolundan imtina etmək niyyətindədirmi.

“Əminliklə deyə bilərəm ki, ABŞ Prezidenti Donald Tramp sülhə nail olmaq üçün lazım olduğu müddətdə sülh yolu ilə həll səylərini dəstəkləməyə hazırdır. Lakin biz bütün dünya boyunca uçmağa və məhsuldar olmayacaq görüşlərdə iştirak etməyə davam edə bilmərik. Mən NATO sammiti səbəbindən burada olmalı idim, ona görə də hər şey belə alındı”, – Rubio cavab verib.

Dövlət katibi əlavə edib ki, ABŞ “artıq bu danışıqların arxasınca bütün dünya boyunca qaçmayacaq”. “Biz gəldik, çünki bizə Rusiya və Ukrayna arasında birbaşa qarşılıqlı əlaqənin baş verə biləcəyi deyilmişdi. Əvvəlcədən belə planlaşdırılmışdı. Siz hamınız eyni şeyi eşitmisiniz. Amma bu hələ baş verməyib”, – dövlət katibi bildirib.

Rubio hesab edir ki, Rusiya nümayəndə heyətinin tərkibi danışıqların Rusiya – Ukrayna münaqişəsinin həllində irəliləyişə gətirib çıxarmayacağını göstərir.

“Rusiya tərəfinin göndərdiyi komandanın səviyyəsi, əlbəttə, onun ciddi irəliləyişə səbəb olacağını göstərmir. Ümid edirəm ki, yanılıram. Ümid edirəm ki, 100 % yanılıram. Ümid edirəm ki, sabah (mayın 16-da – red.) xəbərlərdə onların atəşkəs barədə razılaşdıqlarını və ciddi danışıqlara başlamağa razı olduqlarını deyəcəklər. Amma mən sadəcə sizə öz qiymətləndirməmi verirəm”, – dövlət katibi vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı