Dünya

Pakistan Hindistan arasında atəşkəs mayın 18-dək uzadılıb

16 may / 08:31 1 dəq
Indir 2025 05 16t083117.113
16 may / 08:31
Burada sizin reklamınız ola bilər

Pakistan və Hindistan hərbçiləri atəşkəsin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.

Qerbxeber.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

“Bu gün söhbətimiz oldu və atəşkəs mayın 18-dək qüvvədə olacaq”, – XİN başçısı vurğulayıb.

Xatırladaq ki, mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər