Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Gürcüstan Parlamenti ABŞ Konqresinin “MEGOBARI Aktı”nı pisləyən bəyanat yayıb

15 may / 08:40 2 dəq
Images (87)
15 may / 08:40
Burada sizin reklamınız ola bilər

Gürcüstan parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi “MEGOBARI Aktı” (“Dostluq Aktı”) ilə bağlı bəyanat hazırlayıb.

Qerbxeber.com xəbər verir ki, bəyanatı Xarici Əlaqələr Komitəsinə parlamentin sədri Şalva Papuaşvili təqdim edib.

Bəyanatda deyilir ki, “Dostluq” adlanan akt Gürcüstana, gürcü xalqına və ölkə hakimiyyətinə qarşı düşmənçilik ruhunu əks etdirir, həmçinin çoxsaylı faktiki səhvlər və məntiqi ziddiyyətləri ehtiva edir.

Parlamentin yayımladığı bəyanatda ABŞ Konqresinin Gürcüstana qarşı sərgilədiyi münasibət “ədalətsiz və qərəzli” kimi qiymətləndirilib.

Sənəddə vurğulanıb ki, Gürcüstan cəmiyyəti artıq Avropa Parlamentinin 2022-ci ildən etibarən ölkəyə qarşı qəbul etdiyi 6 “müxalif” qərarı ciddiyə almır və ABŞ Konqresinin mövqeyini də eyni şəkildə qeyri-ciddi hesab edir. Gürcüstan parlamentinin fikrincə, bu cür qərarlar ABŞ Konqresinin tarixindəki nüfuzuna ciddi zərbə vurur.

Parlament, Gürcüstanın digər ölkələrlə, o cümlədən Çin və İranla münasibətlərinin ABŞ tərəfindən tənqid edilməsinin məntiqsiz olduğunu və ABŞ-nin Gürcüstana qarşı tələblərinin düzgün olmadığını bəyan edib. Xüsusilə, Gürcüstanın İranla əlaqələrinin başqa region ölkələri ilə müqayisədə zəif olduğu qeyd edilib.

Həmçinin, Gürcüstan parlamenti ABŞ Konqresinin Gürcüstana qarşı sərt mövqe tutmasının səbəbi kimi Gürcüstanın “dərin dövlət”in təzyiqlərinə boyun əyməyərək Rusiyaya qarşı “ikinci cəbhə açmaq”dan imtina etməsini göstərib.

Qanunverici orqan, həmçinin, ABŞ Konqresi ilə əlaqələrin daha da yaxşılaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsi üçün hazır olduğunu bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı