Qazax

Qazaxın anklav olan kəndi bu tarixdə qaytarılacaq

13 may / 11:02 1 dəq
Indir 2025 05 13t110217.059
13 may / 11:02
Burada sizin reklamınız ola bilər

Qazaxın anklav olan Sofulu kəndi Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra Azərbaycana təhvil veriləcək.
Qerbxeber.com
Publika.az istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan erməni polkovnik Mihran Maxsudyan deyib.

Onun iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşmağa çalışır.

“Əliyevlə danışıq aparan Paşinyan çalışır ki, kəndi seçkidən sonra təhvil versin, ona qədər erməni ictimai rəyini bu məsələyə inandırsın. Ərazi tamamilə minalardan təmizlənib, bu nə deməkdir?”, – o bildirib.

Erməni polkovnik qeyd edib ki, Sofulu kəndi təhvil verilsə, həmin bölgədə ermənilərin yaşadığı bir çox kənd Azərbaycanın nəzarəti altına düşəcək: “Azərbaycanlılar Sofulu kəndinə qayıdacağı təqdirdə, biz onların arasında yaşamalı olacağıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər