Ərdoğan Putinə Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.
Türkiyə lideri bildirib ki, Rusiya- Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq.




