Gəncədə qadını avtomobil vurub
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qerbxeber.com-un məlumatına görə, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Lətifə İsmayılovanı vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.



