Merz Bundestaqda Almaniyanın yeni kansleri seçilib
Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniyanın yeni, 10-cu kansleri kimi Bundestaqda and içib.
Qerbxeber.com xəbər verir ki, mərasimi “Phoenix” telekanalı yayımlayıb.
Qeyd edək ki, bu gün Almaniya parlamenti səsvermənin ikinci turunda Merzi kansler seçib və prezident Frank-Valter Ştaynmayer ona və kabinet üzvlərinə təyinat məktublarını təqdim edib.
Merz Bundestaqda tələb olunan 316 səsdən 325-ni toplayıb. 289 deputat onun namizədliyinin əleyhinə, 1-i isə bitərəf qalıb.




