Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Netanyahu və Ərdoğan Bakıya gəlir – İrəvandan baxış

3 may / 11:42 2 dəq
Erdogan netanyahu
3 may / 11:42
Burada sizin reklamınız ola bilər

İsrail Baş naziri Netanyahunun Azərbaycana uzunmüddətli səfəri Bakının ciddi diplomatik irəliləyiş əldə etməsidir.

Qerbxeber.com Axar.az istinadən  xəbər verir ki, bu sözləri erməni politoloq Hrant Mikaelyan yerli mediaya müsahibəsində Netanyahu (7-11 mayda) və Türkiyə lideri Ərdoğanın (10 mayda) Bakıya gözlənilən səfərini şərh edərkən deyib.

“Unutmaq olmaz ki, təxminən bir ay əvvəl ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff Azərbaycanda olub və o, müsahibəsində məşğul olduğu üç münaqişədən, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edib. Digər tərəfdən, bu yaxınlarda İran prezidenti, əslən azərbaycanlı Məsud Pezeşkian da Bakıda idi və o, Bakıda özünü evdəki kimi hiss etdiyini bildirdi”, – o vurğulayıb.

Mikaelyanın fikrincə, Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə münasibətlər qurur və bu məsələdə İsrail yardımçı olur:

“Eyni zamanda, Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətləri yaxşılaşdırmaq istəyir və bu yaxınlarda Ankara ilə Təl-Əviv arasında görüş Bakıda keçirildi. Ona görə də Ərdoğan və Netanyahunun Azərbaycana gəlişinə bu kontekstdə baxmaq lazımdır. Netanyahu da öz növbəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istəyir”.

Azərbaycan liderinin parallel olaraq 9 mayda Moskvada parada da qatılacağını xatırladan erməni politoloq etiraf edib ki, Azərbaycan diplomatik problemlərini çox uğurla həll edir, nailiyyətləri var və irəliləyir, müəyyən beynəlxalq missiyanı öz üzərinə götürür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı