Xəbər

Azərbaycanın hərbi pilotları “Super Muşşak” təyyarələri ilə təlim-məşq uçuşları keçirib – VİDEO

28 aprel / 14:28 1 dəq
680f553b2f737680f553b2f7381745835323680f553b2f735680f553b2f736
28 aprel / 14:28
Burada sizin reklamınız ola bilər

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Müdafiə Nazirliyindən Qerbxeber.com-a verilən məlumata görə, uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.

Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər.

Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər