Kateqoriyasız

Orxan Nuriyev erməni rəqibini məğlub edib

13 aprel / 16:37 1 dəq
1555154933
13 aprel / 16:37
Burada sizin reklamınız ola bilər
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyanı məğlub edərək 1/4 finala yüksəlib.
Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov (82 kq) mübarizəyə qoşulub.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı