İdman

Avropa Kata Turnirində Azərbaycanı 6 cüdoçu təmsil edəcək

25 aprel / 23:56 1 dəq
D700232f 5be0 3a1d 93ea c38fa8865d7b 850
25 aprel / 23:56
Burada sizin reklamınız ola bilər

Polşanın Radom şəhərində keçiriləcək Avropa Kata Turnirində Azərbaycanı 6 cüdoçu təmsil edəcək.

Qerbxeber.com Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.

“Nage-no-kata” növündə İsmayıl Rzayevlə Natiq Qurbanlı tori (hücum edən idmançı), Samir İsmayılovla Elçin Mayılov uke (hücum edilən idmançı) üzrə yarışacaq.

“Katame-no-kata”da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) fəndlər nümayiş etdirəcək.

Qeyd edək ki, aprelin 26-da srtartı veriləcək turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadın) mübarizə aparacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər