Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edib

25 aprel / 11:41 2 dəq
Bfc36faa 76c3 30f1 a9f4 f5c5b6e85eca 850
25 aprel / 11:41
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edərək onları mayın 31-nə qədər yazlıq əkinlərini bəyan etməyə çağırıb.

Qerbxeber.com bu barədə nazirliyə istinadən xəbər verir.

Qurum bəyan edib ki, Azərbaycanda yazlıq əkinləri dövlət subsidiyalaşdırır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır.

“Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər.

Subsidiya almaq üçün müraciət prosesi tam elektronlaşdırılıb. Yazlıq əkinlərin bəyanı üçün son tarix 31 maydır.

Elektron müraciətin formalaşması üçün fermerlər EKTİS şəxsi kabinetlərində mülkiyyət və istifadə hüququna dair sənədlərə əsasən qeydiyyatdan keçirdikləri təsərrüfatları (torpaq sahələri) üzrə apardıqları yazlıq əkinlərlə bağlı məlumatları daxil etməlidirlər.

Qanunvericiliyə əsasən, 5 hektardan artıq sahədə aparılan əkinlər aqrokimyəvi analiz və 10 ha üzərində əkinlər, habelə yeni salınan meyvə bağları sığorta predmeti hesab olunur. Bu səbəbdən, yazlıq əkin aparan fermerlər torpaq nümunələrindən analiz verməli və əkinlərini 50 % dövlət dəstəyi ilə sığortalamalıdırlar.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı