İqtisadiyyat

Vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək

25 aprel / 10:26 1 dəq
Indir 2025 04 25t102554.423
25 aprel / 10:26
Burada sizin reklamınız ola bilər

“Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu”.

Qerbxeber.com bildirir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O qeyd edib ki, 30-dan çox sual ətrafında konstrurktiv müzakirələr aparılıb:

“Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşları və pensiyalarının sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir”, – deyə Ə.Həsənov bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər