Dünya

Paşinyan qondarma “erməni soyqırımı” yürüşündə bayraqlarının yandırılmasını təxribat adlandırıb

24 aprel / 10:10 1 dəq
Indir 2025 04 24t090821.876
24 aprel / 10:10
Burada sizin reklamınız ola bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan bunu təxribat adlandırıb.

“Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı praktikadır”, – Bağdasaryan qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər