Dünya

Aİ: Rusiyaya qarşı 17-ci sanksiya paketi qəbul oluna bilər

23 aprel / 16:36 1 dəq
Indir 2025 04 23t163611.915
23 aprel / 16:36
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni 17-ci sanksiya paketi üzərində işləyir.

Qerbxeber.com xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye brifinqdə bildirib.

“Artıq 16 sanksiya paketi qəbul etmişik və indi 17-ci paket üzərində iş gedir. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım üçün istifadə edirik”, – o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin müttəfiqlərinə Ukraynada nizamlanma planı təqdim etdiyi, bu plana Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının daxil olduğu barədə məlumat verilmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı