Növbət “Oskar” mükafatı gələn ilin martında keçiriləcək
“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq.
Qerbxeber.com xəbər verir ki, bu barədə 21 aprel tarixində Kino Sənətləri və Elmləri Akademiyasının mətbuat xidməti məlumat yayıb.
““Oskar” mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də, bazar günü, ABŞ-ın şərq vaxtı ilə saat 19:00-da canlı olaraq ABC kanalında yayımlanacaq”, – deyə məlumatda qeyd olunub.
Bundan əlavə, Kino Akademiyası vurğulayıb ki, filmlərin çəkilməsində süni intellektin istifadəsi namizədlik şanslarına təsir etməyəcək. Lakin qiymətləndirmə zamanı yaradıcı müəlliflik dərəcəsi nəzərə alınacaq.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı