Dünya

Roma Papası Fransisk vəfat etdi- Ölüm səbəbi məlum oldu

22 aprel / 08:54 1 dəq
Indir 2025 04 22t085254.658
22 aprel / 08:54
Burada sizin reklamınız ola bilər

Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” Vatikana istinadən məlumat yayıb.

Roma Papası 88 yaşında vəfat edib.

Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.

Bildirilir ki,Papa Fransisk insult keçirib, bu da komaya və ürək dayanmasına səbəb olub.

Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər