Dövlər Departamenti ABŞ-ın Afrikadakı səfirliklərinin bağlanacağı ilə bağlı xəbəri təkzib etdi
“The New York Times“ (NYT) qəzetinin ABŞ-ın Afrikadakı diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmağa hazırlaşması ilə bağlı dərc etdiyi məlumatlar qeyri-dəqiq informasiyaya əsaslanır.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Newsweek” jurnalına Dövlət Departamenti məlumat verib.
“The New York Times“ qəzetinin məlumatları saxta sənədə əsaslanır”, – Dözlət Departamentindən jurnala daxil olan məktubda deyilir.
ABŞ dövlət katibi Marko Rubio da “X” hesabında qəzetin daha bir yalanın qurbanı olduğunu yazıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı