Hadisə

Son iki gündə vətəndaşların bank kartlarından 41 min manatdan çox pul oğurlanıb

14 aprel / 10:28 1 dəq
Indir 2025 04 14t102746.104
14 aprel / 10:28
Burada sizin reklamınız ola bilər

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min 48 manat oğurlanıb.

Bu barədə Qerbxeber.com Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11 min 100, 10 min 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – DİN vətəndaşlara bir daha müraciət edib.

Paylaş
Burada sizin reklamınız ola bilər