Dünya

Abbas Əraqçi ABŞ ilə danışıqlar üçün Omana yola düşüb

12 aprel / 10:58 1 dəq
Ac7bd5eb 3651 3b62 b0bd 3e155d08485b 850
12 aprel / 10:58
Burada sizin reklamınız ola bilər

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqaiyə istinadən bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Danışıqlardan əvvəl o, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək.

ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.

Nümayəndə heyətlərinin İranın nüvə proqramını müzakirə edəcəyi ehtimal olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər