Dünya

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın görüşündə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

11 aprel / 15:17 1 dəq
67f8d69605f9967f8d69605f9a174436110967f8d69605f9767f8d69605f98
11 aprel / 15:17
Burada sizin reklamınız ola bilər

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

Qerbxeber.com xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər