Hadisə

Gəncədə zəhərlənənlərin son durumu

11 aprel / 10:00 1 dəq
Xestexana 1
11 aprel / 10:00
Burada sizin reklamınız ola bilər

TƏBİB Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı məlumat yayıb.

Qurumdan Qerbxeber.com bildirilib ki, 11.04.2025-ci il tarixində saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər