Dünya

Salmasda azərbaycanlı fəallar həbs edilib

10 aprel / 14:52 1 dəq
8ed2990d34954c4af2c5
10 aprel / 14:52
Burada sizin reklamınız ola bilər

Salmasdakı Azərbaycan Milli Hərəkatının 4 fəalı siyasi məhbus ailələri ilə görüşdükləri üçün şəhərin kəşfiyyat idarəsinə çağırılaraq hədələnib. Təhlükəsizlik əməkdaşlarının iş yeri və evinə basqın etməsindən sonra daha bir fəal isə həbs edilib.

Yerli mənbələrin məlumatına görə, Salmas şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Hərəkatının fəalları Qulam Hududi, Mürtəza Əhmədi, Nasir Aslani və Əli Mirzəli şəhərin kəşfiyyat idarəsinə çağırılaraq azərbaycanlı siyasi məhbusların ailələrinə dəstək verdikləri və onlarla görüşdükləri üçün dindirilib və hədələniblər.

Bununla əlaqədar olaraq təhlükəsizlik əməkdaşları digər azərbaycanlı fəal Həmid Abbasinin iş yerinə basqın edərək, onun iş yerində və evində hərtərəfli axtarış apararaq onu həbs edib.

Mənbə Gunaz.tv

Paylaş
Burada sizin reklamınız ola bilər