İdman

Azərbaycan güləşçisi Avropa çempionu olub

10 aprel / 08:48 1 dəq
A0b7e91b 603f 3213 bb95 a97d4966c1fe 850
10 aprel / 08:48
Burada sizin reklamınız ola bilər

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Qerbxeber.com-un məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər