Dünya

KİV: Kiyevin gələn həftə faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur

28 mart / 09:12 1 dəq
67e5bade340a267e5bade340a3174310883067e5bade340a067e5bade340a1
28 mart / 09:12
Burada sizin reklamınız ola bilər

Ukraynanın gələn həftə ABŞ-la faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur.

Qerbxeber.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Ukrayna hökumətinin hüquq məsləhətçiləri Vaşinqton tərəfindən hazırlanmış və martın 23-də Kiyevə tərəfinə təhvil verilmiş sənəd layihəsini öyrənirlər.

Eyni zamanda, Kiyev Amerikanın təklifini “quldurluq” adlandırır.

Ukrayna rəsmiləri hesab edirlər ki, saziş ölkənin suverenliyinə xələl gətirə və ABŞ-dan asılılığını artıra bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər