Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Əlilliyi olan şəxslərlə bağlı tədbirlər proqramı

1 fevral / 11:25 2 dəq
Elil invalid
1 fevral / 11:25
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiqlənmiş “2020-ci il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu il nazirliyin həyata keçirəcəyi tədbirlər müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onların sırasına əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması və müalicəsinə köməklik göstərilməsi, bu kateqoriyalardan olanlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının, onlara maddi yardımın təşkil edilməsi daxildir. Proqramda həmin şəxslərin yaradıcılıq və idman tədbirlərinin təşkili, beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, Milli Qəhrəmanların tanıdılması kampaniyasının davam etdirilməsi və s. də yer tutur.

Sənədə əsasən, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə bu il də onların istirahət zonalarına göndərilməsi, sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Proqramda cari ildə əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışlarının təşkili, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması ilə bağlı layihələrin dəstəklənməsi və s. də yer alıb. Bu layihələrə sağlamlıq imkanları məhdud uşaqların xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərini öyrənmələrinə yardım edilməsi, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və s. daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı