Dünya

ABŞ Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi üçün Dəməşqə şərtlərini göndərib

26 mart / 09:54 1 dəq
67e2fe19191a367e2fe19191a4174292943367e2fe19191a167e2fe19191a2
26 mart / 09:54
Burada sizin reklamınız ola bilər

ABŞ Suriyaya sanksiyaların qismən yüngülləşdirilməsi müqabilində Dəməşqin yerinə yetirməsini istədiyi şərtlərin siyahısını göndərib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibinin Suriya məsələləri üzrə köməkçisinin müavini Nataşa Françeski martın 18-də Brüsseldə Suriya donorları konfransı çərçivəsində keçirilən təkbətək görüşdə Suriyanın xarici işlər naziri Əsəd əl-Şibaniyə tələblər siyahısını təqdimk edib.

ABŞ-ın şərtləri arasında Suriya tərəfindən bütün qalan kimyəvi silah ehtiyatlarının məhv edilməsi və terrorla mübarizədə əməkdaşlıq məsələləri yer alıb.

Daha bir tələb isə Suriyanın idarəetmə strukturunda əcnəbi döyüşçülərin rəhbər vəzifələr tutmamasını təmin etməkdən ibarətdir.

Paylaş
Burada sizin reklamınız ola bilər