Dünya

Avropa transgender vətəndaşlarını ABŞ-a səfər zamanı diqqətli olmağa çağırılıb

24 mart / 10:45 1 dəq
67e0e10fc4bd567e0e10fc4bd6174279092767e0e10fc4bd367e0e10fc4bd4
24 mart / 10:45
Burada sizin reklamınız ola bilər

Finlandiya, Danimarka və Almaniya öz ölkələrində yaşayan transgenderləri Prezident Donald Trampın ABŞ-da yalnız iki cinsin tanınması siyasətinin fonunda ABŞ-a səfərlər planlaşdırarkən daha diqqətli olmağa çağırıb.

Qerbxeber.com xəbər verir ki, bu haqda Axios portalı məlumat yayıb.

“Finlandiya, Danimarka və Almaniya Birləşmiş Ştatlara getmək istəyən transgender vətəndaşlara ehtiyatlı olmağa çağırıb”, – portal yazır.

Bildirilir ki, tövsiyələr Avropa və digər ölkələrin oxşar kateqoriyalı vətəndaşlarının turist vizaları ilə bağlı problemlərə görə ABŞ miqrasiya orqanları tərəfindən saxlanılmasından sonra edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimində çıxışında ABŞ-ın rəsmi siyasəti indi yalnız iki cinsin – kişi və qadının tanınması üzərinə qurulduğunu demişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər