Kateqoriyasız

Bu gün üçüncü Qədr gecəsidir

22 mart / 17:56 1 dəq
168e196c 5817 30e7 865a 7f4196631224 850
22 mart / 17:56
Burada sizin reklamınız ola bilər

Bu gecə Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək gecələrindən birində (Ramazan ayının 21, 23, 25, 27 və ya 29-cu günü) qeyd edirlər.

Bu gecədə dua etmək, edilən günahlar üçün Uca Yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir.

Qeyd edək ki, sonuncu Qədr gecəsi martın 26-da olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər