Paşinyan və Makron Cənubi Qafqazdakı məsələləri müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla Bakı-İrəvan danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər.
Qerbxeber.com bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir.
Paşinyan bildirib ki, İrəvan sülh gündəliyinə və kommunikasiyaların bərpasına sadiqdir.
Görüş zamanı ikitərəfli münasibətlər kontekstində enerji, yol tikintisi, təhsil, turizm və infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq müzakirə edilib.
Qeyd edək ki, Paşinyan Fransada işgüzar səfərdədir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı