Dünya

Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb

18 mart / 15:42 1 dəq
67d959ba7e39367d959ba7e3941742297530b49f739812d05b1037b37d6b1fe7f390
18 mart / 15:42
Burada sizin reklamınız ola bilər

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.

“Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq”, – XİN sözçüsü vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər