Dünya

Karni Zelenskini Kanadada keçiriləcək G7 sammitinə dəvət edib

18 mart / 09:16 1 dəq
67d8e1588c7ba67d8e1588c7bb174226671267d8e1588c7b867d8e1588c7b9
18 mart / 09:16
Burada sizin reklamınız ola bilər

Kanadanın baş naziri Mark Karni Ukrayna prezidenti Volodimir Zelenskini 2025-ci ildə bu ölkədə keçiriləcək Yeddilik Qrupunun (G7) sammitinə dəvət etdiyini açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bu haqda Karni London səfəri zamanı keçirdiyi mətbuat konfransında məlumat verib.

“Mən Zelenskini G7 sammitinə dəvət etmişəm və onunla iyunda Kanadada görüşməyi səbirsizliklə gözləyirəm”, – Karni deyib.

Kanadanın baş naziri əlavə edib ki, Ottava Kiyevə hərtərəfli yardımı davam etdirəcək.

Qeyd edək ki, G7 sammiti 15-17 iyun tarixlərində Alberta ştatının Kananaskis kurort zonasında keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər