Kateqoriyasız

“Meydan tv” işi üzrə saxlanılan Ramin Dekonun həbs müddəti uzadılıb

14 mart / 12:27 1 dəq
591219e9 Eb09 39ee 9d52 E5ecef93cf1e 850
14 mart / 12:27
Burada sizin reklamınız ola bilər

Məhkəmə “Meydan TV” işi üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.

Qerbxeber.com məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, “Meydan TV” işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra Xətai rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər