Dünya

ABŞ miqrantlarla bağlı proqramı işə salır

11 mart / 14:33 1 dəq
Indir (78)
11 mart / 14:33
Burada sizin reklamınız ola bilər

ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti smartfonlar üçün Amerikadakı qeyri-qanuni mühacirlərə ABŞ-ı könüllü olaraq tərk etməyə imkan verəcək “CBP Home” proqramını təqdim edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə CBP-nin saytında məlumat verilib.

“Bu gün ABŞ Gömrük və Sərhəd Mühafizəsi “CBP Home” mobil proqramının ictimaiyyətə açıq olduğunu elan edib. Tətbiqin yeni funksiyası var – “Ölkəni tərk etmək niyyəti”, – deyə məlumatda bildirilir.

Qeyd edilir ki, bu xüsusiyyət qeyri-qanuni immiqrantın ABŞ-ı tərk etmək niyyəti barədə ABŞ hökumətinə “könüllü bildiriş prosesi”ni müəyyən etməyə kömək edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər