“Traktor” 1/4-də Ərəbistan komandası ilə qarşılaşdı
Asiya Çempionlar Liqasının 1/4 finalında Təbrizin “Traktor” və Səudiyyə Ərəbistanının “Əl-Təavon” komandaları qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb
Məlumata görə, Təbrizin “Səhənd” (Yadiqari imam) stadionunda keçirilən qarşılaşmada “Traktor” oyunçuları “Əl-Təavon” komandası qarşısında güclü təsir göstərsələr də, nəticə dəyişməyib.
Cavab oyunu martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək.




