Dünya

“Qalatasaray” – “Fənərbaxça” derbisini əcnəbi hakim idarə edəcək

19 fevral / 14:58 1 dəq
67b5b1d6b61d767b5b1d6b61d8173996079067b5b1d6b61d567b5b1d6b61d6
19 fevral / 14:58
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Türkiyə çempionatının 24-cü turunda “Qalatasaray” – “Fənərbaxça” derbisini əcnəbi hakim idarə edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib.

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu İstanbul nəhənglərinin qarşılamasını tanınmış əcnəbi hakimin idarə edəcəyini açıqlayıb.

Qarşılamanı yerli, yaxud əcnəbi hakimin idarə edəcəyi uzun müddətdir, müzakirə olunurdu.

Derbi fevralın 24-də keçiriləcək.

Qeyd edək ki, “Qalatasaray” 63 xalla birinci, “Fənərbaxça” 57 xalla ikinci yerdədir.

Paylaş
Burada sizin reklamınız ola bilər