Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Moldova da “Rus Evi”ni bağlayır

14 fevral / 08:37 2 dəq
67ae0767e076867ae0767e0769173945840767ae0767e076667ae0767e0767
14 fevral / 08:37
Burada sizin reklamınız ola bilər

Moldova hökuməti PUA hücumlarına cavab olaraq “Rus Evi”ni bağlayır.

Qerbxeber.com “Deutsche Welle”yə istinadən xəbərinə görə, Moldova hakimiyyəti pilotsuz uçuş aparatları ilə ölkənin hava məkanının pozulmasına cavab olaraq ölkədə fəaliyyət göstərən “Rus Evi”nin fəaliyyətini dayandırır.

Moldova Rusiya ilə 1998-ci ildə imzalanmış Mədəniyyət Mərkəzlərinin Fəaliyyəti haqqında Razılaşmadan çıxdığını da bəyan edib.

Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rus Evi də məhz ləğvetmə proseduru başa çatdıqdan sonra bağlanacaq.

Hadisə baş verən gün Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona qətiyyətli etiraz bildirilib və bu kimi təşəbbüslərin təhlükəsizliyə və Moldovanın vətəndaşlarına ciddi təhdid yaratdığı qeyd edilib: “Eyni zamanda, rusiyalı diplomata bildirilib ki, analoji addımlar milli suverenliyin pozulması olmaqla, qeyri-dost xarakterli bir addımdır”.

O da bildirilib ki, diplomata ölkənin ərazisində yerə düşən PUA-ların fraqmentləri əks olunan fotoşəkil nümayiş etdirilib.

Rəsmi Kişinyov növbəti dəfə Rusiya hakimiyyətini analoji addımlardan çəkinməyə, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Qeyd edək ki, Bakıda yerləşən “Rus Evi”nin də fəaliyyəti dayandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı