Elm və Texnologiya

Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbin açılışı olub

12 fevral / 15:42 2 dəq
476834754 626307256756845 3058422173828592443 N (1)
12 fevral / 15:42
Burada sizin reklamınız ola bilər

Şəmkirdə uzun müddət qəzalı vəziyyətdə olan Əhməd Cəmil adına Zəyəm qəsəbə Tam orta ümumtəhsil məktəbininası əsaslı təmirdən sonra istifadəyə verilib.

Qerbxeber.com Qazax Tovuz RTİ istinadən xəbər verir ki, Şəmkir rayonu Ə.Cəmil adına tam orta məktəbin fevralın 10- da əsaslı təmirdən sonra istifadəyə verilib.

 Bununla bağlı məktəbdə geniş tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Anar Məcidov, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunduqdan sonra 1176 şagird yerlik sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, gənclərin ibtidai hərbi hazırlığı otaqları, kitabxana, yeməkxana, akt və idman zalı, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb.
Xatırladaq ki, 2019-cu ildə, Qerbxeber.com saytı olaraq, Şəmkir rayonu Ə.Cəmil adına Tam orta məktəbin  qəzalı vəziyyətini bir neçə dəfə çəkiliş edərək ictimailəşdirmişik.Həmin dövrün fotolarını təqdim edirik:
Img 20191129 Wa0023Img 20191129 Wa0020
Img 20191129 Wa0002Img 20191129 Wa0029
   478966130 626307533423484 132289159540962738 N477486224 626307950090109 1632930369373375579 N

Indir (59)1477923572 626307680090136 5434732142635672952 N476421397 626308013423436 3220494962159260494 N

Paylaş
Burada sizin reklamınız ola bilər