Dünya

Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır

11 fevral / 08:51 1 dəq
67aa1ca085b3667aa1ca085b37173920169667aa1ca085b3467aa1ca085b35
11 fevral / 08:51
Burada sizin reklamınız ola bilər

Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanun layihəsi parlamentin fevralın 11-dən 14-dək keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.

Paylaş
Burada sizin reklamınız ola bilər