Dünya

ABŞ Çinə neft tədarük edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

7 fevral / 08:55 1 dəq
67a5062f1182467a5062f11825173886827167a5062f1182167a5062f11822
7 fevral / 08:55
Burada sizin reklamınız ola bilər

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarük edilməsinə yardımçı olan fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Qerbxeber.com xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Sanksiya siyahısına beşi İran, biri Hindistan vətəndaşı olmaqla altı fiziki şəxs daxil edilib.

Doqquz hüquqi şəxs də sanksiyalarla üzləşib.

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ikisi Panama bayrağı altında, biri Honq Konq bayrağı altında üzən üç gəmiyə də təsir edib.

Paylaş
Burada sizin reklamınız ola bilər